Oktyabrın 6-da Bakıda Azərbaycan və Böyük Britaniya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçiriləcək.
Monetar.az xəbər verir ki, iclasda iki ölkə arasında ticarət-iqtisadi əlaqələr, energetika, səhiyyə, kənd təsərrüfatı, kibertəhlükəsizlik, qida təhlükəsizliyi, nəqliyyat və təhsil sahələrində əməkdaşlığın inkişafı müzakirə olunacaq.
Görüş çərçivəsində bir sıra sənədlərin imzalanması da nəzərdə tutulur.
Komissiyanın həmsədrləri Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Böyük Britaniyanın Biznes, İnnovasiya, Elm və Ticarət Departamentində dövlət naziri Anas Sarvardır.