Ən çox avtomobil istehsal edən ölkələr  – Türkiyə 13-cü yerdədir

Ən çox avtomobil istehsal edən ölkələr  –

2025-ci ildə dünyada təxminən 100 milyon nəqliyyat vasitəsi istehsal edilib. Qlobal istehsalın üçdə birindən çoxu Çinin payına düşüb.

Monetar.az xəbər verir ki, Beynəlxalq Avtomobil İstehsalçıları Təşkilatının (OICA) məlumatlarına görə, Çin ötən il 34 milyon 530,7 min nəqliyyat vasitəsi istehsal edib. Ölkənin istehsalı illik müqayisədə 10,4% artıb.

ABŞ 10 milyon 243,8 min nəqliyyat vasitəsi ilə ikinci, Yaponiya 8 milyon 410,2 min ədədlə üçüncü olub. Hindistan 6 milyon 490,8 min, Almaniya isə 4 milyon 148,8 min nəqliyyat vasitəsi istehsal edib.

Cənubi Koreya 4 milyon 102,2 min, Meksika 4 milyon 92,4 min, Braziliya 2 milyon 644 min, İspaniya 2 milyon 274 min, Fransa isə 1 milyon 464 min nəqliyyat vasitəsi ilə ilk onluqda yer alıb.

Türkiyə 2025-ci ildə 1 milyon 419,5 min nəqliyyat vasitəsi istehsal edərək 13-cü sırada qərarlaşıb. Ölkədə istehsal əvvəlki illə müqayisədə 4% artıb.

Reytinqdə Türkiyədən sonra Kanada 1 milyon 237,1 min, İndoneziya 1 milyon 147,6 min, Slovakiya 1 milyon 70 min, Rusiya 853,9 min, Böyük Britaniya 764,7 min, Malayziya 747,8 min və Polşa 628,3 min nəqliyyat vasitəsi ilə qərarlaşıb.

Çinin üstünlüyü xüsusilə nəzərə çarpır. Ölkə 2025-ci ildə ABŞ-dan 3 dəfədən çox, Yaponiyadan isə 4 dəfədən çox çox nəqliyyat vasitəsi istehsal edib. Çin istehsalını bir il ərzində 3,2 milyon ədəd artırıb ki, bu da Braziliyanın birillik istehsalından çoxdur.

Hindistanın istehsalı isə 7,9% artaraq 6,5 milyon ədədə yaxınlaşıb. Bu göstərici ölkəni dünyanın dördüncü ən böyük nəqliyyat vasitəsi istehsalçısına çevirib.

Şimali Amerikada isə istehsal azalıb. ABŞ, Meksika və Kanada 2025-ci ildə birlikdə əvvəlki illə müqayisədə təxminən 491 min ədəd daha az nəqliyyat vasitəsi istehsal edib. Ümumi azalma 3,1% təşkil edib.