“Göygöl Şərab Zavodu” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Monetar.az xəbər verir ki, yığıncaq 6 noyabr 2026-cı il saat 11:00-da Göygöl şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında baş tutacaq.
Yığıncağın gündəliyinə cəmiyyətin Müşahidə Şurası üzvlərinin səlahiyyət müddətinin uzadılması və səhmdar cəmiyyətin fəaliyyəti ilə bağlı digər texniki məsələlərin həlli daxil edilib.
Səhmdarlar gündəliyin materialları ilə həftənin iş günləri saat 16:00-dan 18:00-dək “Göygöl Şərab Zavodu” ASC-nin Hüquq şöbəsində tanış ola bilərlər.
Yığıncaqda iştirak üçün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə gəlməsi tələb olunur. Səhmdarın nümayəndəsi iştirak edəcəyi halda notarial qaydada təsdiqlənmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir.