Xırdalanda 18 obyekt hərraca çıxarılır – qiymətlər 113 650 manatdan başlayır

Xırdalanda 18 obyekt hərraca çıxarılır –

Oktyabrın 6-da saat 11:00-da “Aqrarkredit” QSC BOKT-un balansında olan 18 qeyri-yaşayış sahəsi hərraca çıxarılacaq. Əmlakların hamısı Abşeron rayonunun Xırdalan şəhərində yerləşir.

Monetar.az xəbər verir ki, satışa çıxarılan obyektlərin sahəsi əsasən 228,7 kvadratmetrdir. Ən kiçik obyektin sahəsi 227,3, ən böyük obyektin sahəsi isə 236,4 kvadratmetr təşkil edir.

Əmlakların start qiymətləri 113 650 manatdan 127 min manatadək dəyişir. Ən aşağı qiymət 227,3 kvadratmetr sahəsi olan qeyri-yaşayış sahəsinə, ən yüksək qiymətlər isə 228,7 kvadratmetrlik iki obyektə müəyyən edilib.

Ümumilikdə 18 əmlakın hərraca çıxarılmasının ümumi start qiyməti təxminən 2,1 milyon manat təşkil edir. Beh məbləği isə obyektlərdən asılı olaraq 5 682,50 manatdan 6 350 manatadəkdir.

Əmlaklar Xırdalan şəhərində Bakı-Sumqayıt şossesinin 7-ci kilometrində yerləşən “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksinin müxtəlif binalarındadır.

Hərrac Əmlak Xidmətləri Məkanında – Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında keçiriləcək.