Azərbaycanda makaron məmulatlarının istehsalı 2020-ci ildə 9 248 ton olduğu halda, 2025-ci ildə 36 223 tona yüksəlib. Bu, 291,7% və ya təxminən 3,9 dəfə artım deməkdir.
Monetar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, eyni dövrdə unlu qənnadı məmulatlarının istehsalı 51,6 min tondan 77,6 min tona çatıb. Artım 50,4% təşkil edib.
Şəkərli qənnadı məmulatlarının istehsalı isə 4,3 min tondan 18,5 min tona yüksəlib. Bu göstərici 4,3 dəfə artıb.
Şəkər istehsalı 335,6 min tondan 380,8 min tona yüksəlib və 13,5% artıb.
Çörək istehsalı isə 1 milyon 198 min tondan 1 milyon 196,9 min tona enib. Beləliklə, 5 il ərzində göstərici demək olar ki, dəyişməyib.