Lənkəran Dövlət Universiteti (LDU) I saylı tədris binasının ərazisində basketbol və voleybol meydançasının qurulması ilə bağlı satınalma müsabiqəsi elan olunub.
Satınalan təşkilat Lənkəran Dövlət Universiteti tərəfindən həyata keçirilən layihənin ümumi dəyəri 400.027,08 manat olaraq müəyyən edilib.
Müsabiqənin məqsədi universitetin əsas tədris korpusunun ərazisində müasir standartlara uyğun basketbol və voleybol meydançasının inşasıdır. İşlər 72101500 təsnifat kodu üzrə “binalara cari və əsaslı təmir işləri” kateqoriyasına daxildir.
Tenderin əsas göstəriciləri- Müsabiqənin nömrəsi: 2026/AT/03106/V1
- Ehtimal olunan qiymət: 400.027,08 AZN
- Dərc olunma tarixi: 25 iyun 2026, 09:44
- Təkliflərin son təqdim olunma tarixi: 17 iyul 2026, 15:00
- Zərflərin açılış tarixi: 17 iyul 2026, 15:00