Maskdan sonra dünyada yeni trilyonerlər olmaya bilər

Maskdan sonra dünyada

Süni intellekt sahəsindəki uğurlar bu şirkətlərin rəhbərlərinin yaxın gələcəkdə trilyonerə çevrilməsinə səbəb olmaya bilər.

Monetar.az xəbər verir ki, Florida Universitetinin biznes məktəbinin maliyyə kafedrasının rəhbəri, iqtisad elmləri doktoru Cey Ritter  bildirib ki, “Anthropic” və “OpenAI” şirkətlərinin sahibləri trilyoner olmaq üçün kifayət qədər böyük səhm payına malik deyillər.

Ekspert İlon Maskın vəziyyətini unikal hesab edib. Onun sözlərinə görə, Mask rəhbərlik etdiyi şirkətlərdə böyük səhm payına sahib olduğundan sərvətinin sürətlə artması üçün daha əlverişli mövqedədir.

Qeyd edək ki, “SpaceX” iyun ayında keçirilən ilkin kütləvi səhm təklifi (IPO) çərçivəsində təxminən 86 milyard dollar vəsait cəlb edib. Bundan sonra Maskın sərvəti bir gün ərzində 1 trilyon dolları keçib.

Hazırda İlon Maskın sərvətinin 870 milyard dollardan çox olduğu bildirilir. “SpaceX” 2002-ci ildə Mask tərəfindən təsis edilib və bu ilin fevralında onun digər şirkəti “xAI” ilə birləşdirilib.