Pakistanın Azərbaycandakı səfirliyi diplomatik avtomobilini satışa çıxarır.
Monetar.az xəbər verir ki, səfirlik 2009-cu il istehsalı, qara rəngli “Mazda CX-9” markalı avtomobilin satışı ilə bağlı açıq təkliflər qəbul edir.
Avtomobil “olduğu kimi” vəziyyətdə satışa çıxarılır. Maraqlanan şəxslər və şirkətlər nəqliyyat vasitəsinə baxış keçirə və onun vəziyyətini qiymətləndirə bilərlər.
Avtomobilə Bakı şəhəri, Atatürk prospekti 06, AZ1069 ünvanında yerləşən Pakistan səfirliyində iş saatlarında baxmaq mümkündür.
Təkliflər 27 oktyabr 2026-cı il saat 11:00-dək təqdim edilməlidir. Təkliflər həmin gün saat 11:30-da səfirlikdə, iştirakçıların və ya onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə açılacaq.
Avtomobil ən yüksək qiymət təklif edən şəxsə və ya şirkətə satılacaq.