Azərbaycan Çexiyaya neft tədarükündə lider olub

Azərbaycan Çexiyaya neft tədarükündə

Ötən il Azərbaycan Çexiya üçün ən böyük neft təchizatçısına çevrilib.

Bu barədə ČTK məlumat yayıb. Bildirilir ki, Çexiyanın ötən il idxal etdiyi neftin 42%-i məhz Azərbaycandan tədarük olunub. Eyni zamanda, Rusiyanın payı minimum səviyyəyə enib. 2025-ci ildə Rusiyadan Çexiyaya neft tədarükü ümumi idxalın cəmi 7,7%-ni təşkil edib.

Qeyd olunur ki, Çexiya 24 fevral 2022-ci ildən sonra enerji mənbələrinin şaxələndirilməsini sürətləndirib və mərhələli şəkildə Rusiya neftindən imtina etməyə başlayıb.