Azərbaycan qaz hasilatını artırıb

Azərbaycan qaz hasilatını

Cari ilin yanvar–mart aylarında Azərbaycan-da 12,507 milyard kubmetr təbii qaz hasil olunub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata əsasən, qaz hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 48 milyon kubmetr və ya 0,4% artıb.

Hesabat dövründə əmtəəlik təbii qaz hasilatı da artaraq 9,858 milyard kubmetr təşkil edib. Bu isə illik müqayisədə 67 milyon kubmetr və ya 0,7% çoxdur.

Qeyd edək ki, ötən ilin yanvar–mart aylarında əmtəəlik qaz hasilatı 9,791 milyard kubmetr olmuşdu.

Bununla yanaşı, hasilat sənayesində istehsal olunan məhsulun ümumi dəyəri 8,7 milyard manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,7% azalma deməkdir.