Azərbaycanın uzunmüddətli enerji strategiyasında təmiz hidrogen istehsalının artırılması da nəzərdə tutulur. Bu texnologiyanın xüsusilə emissiyaların azaldılmasının çətin olduğu sənaye sahələrində tətbiqi planlaşdırılır.
Monetar.az xəbər verir ki, Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyasında təmiz hidrogenin enerji sektorunun dekarbonizasiyasında mühüm rol oynaya biləcəyi qeyd olunur.
Sənəddə təmiz hidrogen istehsalının genişləndirilməsi və onun üçün daxili tələbatın formalaşdırılması əsas istiqamətlərdən biri kimi göstərilir. Hidrogenin tətbiqi xüsusilə ənənəvi yanacaqlardan istifadənin azaldılmasının çətin olduğu sahələrdə alternativ həll kimi nəzərdən keçirilir.
Strategiyada bu istiqamətin inkişafı üçün texnoloji imkanların artırılması, beynəlxalq əməkdaşlıq və investisiyaların cəlb edilməsi də vacib amillər kimi qiymətləndirilir.