Bu gün Almatıda beynəlxalq neft-qaz sərgisi başlayır

Bu gün Almatıda beynəlxalq

Azərbaycan bu gün başlayan və  oktyabrın 2-dək Qazaxıstanın Almatı şəhərində keçiriləcək 30-cu “Neft və qaz” beynəlxalq sərgisində – KIOGE 2026-da təmsil olunur.

Monetar.az xəbər verir ki, sərgidə 30 ölkədən 500 şirkətin iştirakı gözlənilir. Tədbirdə Azərbaycanla yanaşı, Qazaxıstan, ABŞ, Çin, Türkiyə, Rusiya, Səudiyyə Ərəbistanı, BƏƏ, Böyük Britaniya, Almaniya, İtaliya və digər ölkələr təmsil olunacaq.

Sərginin əsas tədbiri sentyabrın 30-u və oktyabrın 1-də keçiriləcək KIOGE beynəlxalq konfransı olacaq.

Konfransda iri neft-qaz və enerji layihələrinin inkişafı, beynəlxalq texnoloji əməkdaşlıq, geoloji kəşfiyyat, süni intellektin enerji sektorunda tətbiqi, ixrac logistikası və neft-qaz sənayesinin rəqəmsal transformasiyası müzakirə ediləcək.

Tədbirdə, həmçinin qaz-kimya sənayesi və enerji təhlükəsizliyi ilə bağlı məsələlərə diqqət yetiriləcək.