7 sentyabr – “Mavi səma üçün təmiz hava günü”dür

7 sentyabr – “Mavi səma üçün

Sentyabrın 7-si dünyada “Mavi səma üçün təmiz hava günü” kimi qeyd olunur.

Monetar.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı tərəfindən 2019-cu ildə təsis edilən bu günün əsas məqsədi təmiz havanın insan sağlamlığı, ekosistemlər və iqlim üçün əhəmiyyətinə diqqət çəkməkdir.

Bu münasibətlə müxtəlif ölkələrdə maarifləndirmə kampaniyaları, seminarlar, təbiət yürüşləri, ictimai forumlar və digər tədbirlər keçirilir.

Havanın keyfiyyətinin yaxşılaşdırılması üçün piyada hərəkət etmək, velosipeddən və ictimai nəqliyyatdan istifadə etmək, enerjiyə qənaət etmək və daha ekoloji nəqliyyat vasitələrinə üstünlük vermək tövsiyə olunur.