Azərbaycan və İordaniya ümumvətəndaş pasportlarına sahib olan şəxslər üçün qarşılıqlı viza rejimini ləğv edir.
İordaniya Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, müvafiq sazişi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onun iordaniyalı həmkarı Ayman əs-Safadi imzalayıblar.
Bundan əlavə, XİN rəhbərləri iki ölkə hökumətləri arasında energetika sahəsində Anlaşma Memorandumunu da imzalayıblar.