Həftənin ilk günü hava belə olacaq

Həftənin ilk günü

Azərbaycanda avqustun 3-nə gözlənilən hava proqnozu açıqlanıb. Monetar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz saatlarında şimal-şərq küləyi ilə əvəz olunacaq.

Paytaxtda havanın temperaturu gecə 22–25°, gündüz 30–35° isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunu, nisbi rütubət isə gecə 70–75 faiz, gündüz 45–50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimal edilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Rayonlarda havanın temperaturu gecə 22–26°, gündüz 34–39° isti, dağlıq ərazilərdə isə gecə 15–20°, gündüz 23–28° isti olacaq.