Türkiyədə artan inflyasiya və yaşayış xərcləri yerli turistlərin istirahət vərdişlərini dəyişib. Monetar.az xəbər verir ki, yüksək qiymətlərə baxmayaraq, yerli turistlər səyahətdən tam imtina etmirlər. Bunun əvəzinə onlar xərclərini azaltmaq üçün daha qısa müddətə istirahət etməyə, rezervasiyaları son anda etməyə və eyni oteldə əvvəlki illərlə müqayisədə daha az qalmağa üstünlük verirlər.
Türkiyə Statistika Təşkilatının (TÜİK) 2026-cı ilin birinci rübünə dair məlumatları göstərir ki, orta yerləşmə müddəti son 17 ilin ən aşağı səviyyəsinə enib. Sektor nümayəndələrinin sözlərinə görə, istehlakçılar qiymət dəyişikliklərini nəzərə alaraq səyahət planlarını daha çevik şəkildə qururlar.
Turizm sektoru nümayəndələri hesab edirlər ki, iqtisadi şərait dəyişmədiyi təqdirdə yerli turistlərin büdcəyə uyğun, qısamüddətli istirahətə üstünlük verməsi yaxın dövrdə də davam edəcək.