9 illik ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul üçün ixtisas seçimi avqustun 3-də başlayacaq. Monetar.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Məlumata əsasən, abituriyentlər ixtisas seçimini avqustun 9-dək həyata keçirə biləcəklər.
DİM tərəfindən həmçinin “Abituriyent” jurnalının 3-cü nömrəsi və 9 illik təhsil bazasında kolleclərə 2025-ci il tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları dərc edilib.
Namizədlərə ixtisas seçimi zamanı keçid balları və qəbul şərtləri ilə diqqətlə tanış olmaları tövsiyə edilir.