Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün — 2 avqust 2026-cı il tarixində dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB vəzifə qrupu üzrə qəbul imtahanı keçiriləcək.
DİM-in məlumatına görə, imtahanda iştirak etmək üçün 1 125 namizəd qeydiyyatdan keçib.
Namizədlər DİM-in müvafiq elektron xidməti vasitəsilə "İmtahana buraxılış vərəqəsi"ni çap etməlidirlər. İmtahana gələn şəxslər özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini və buraxılış vərəqəsini mütləq təqdim etməlidirlər.
İmtahan iki növbədə təşkil olunacaq. Birinci növbə saat 10:00-da, ikinci növbə isə saat 16:00-da başlayacaq. Müvafiq olaraq, 09:45-dən və 15:45-dən sonra imtahan binasına gələn namizədlər imtahana buraxılmayacaqlar.
İmtahanların təşkili üçün 12 zal administratoru, 73 nəzarətçi və 11 buraxılış rejimi əməkdaşı cəlb olunub.