Google "Chrome" brauzeri üçün proqramı tam yenidən başlatmadan yeniləmələrin quraşdırılmasına imkan verəcək yeni mexanizm üzərində işləyir. Layihənin məqsədi təhlükəsizlik və funksional yeniləmələrin buraxılması ilə onların istifadəçi cihazlarına çatdırılması arasındakı müddəti minimuma endirməkdir.
Şirkətin məlumatına görə, mühəndislər brauzerin ayrı-ayrı komponentlərini işlək vəziyyətdə olarkən yeniləməyə imkan verən dinamik əvəzləmə (dynamic replacement) texnologiyası hazırlayırlar. Bu yanaşma Chromeun çoxprosesli (multi-process) arxitekturası sayəsində mümkün olur və tam yenidən başladılma ehtiyacını aradan qaldırmağı hədəfləyir.
Hazırda funksiya hazırlanma mərhələsindədir, lakin onun bəzi elementləri artıq sınaqdan keçirilir. Xüsusilə, Mac kompüterləri üçün nəzərdə tutulan Chrome 150 versiyasında brauzer arxa planda işləməyə davam etdiyi halda, bütün vərəqlər (tab-lar) bağlandıqdan sonra yeniləmə avtomatik quraşdırıla bilir.
Google yeni texnologiyanın Chromeun stabil versiyasında nə vaxt istifadəyə veriləcəyini hələ açıqlamayıb.
Xatırladaq ki, daha əvvəl Rusiyada son altı ay ərzində mobil internet istifadəsinin 22% azaldığı bildirilmişdi.
Bundan başqa, Spotify üç ölkədə Premium istifadəçilər üçün süni intellekt əsaslı çat funksiyasını istifadəyə verib.
MONETAR.AZ