Dünya bazarında Azərbaycan nefti bahalaşıb

Dünya bazarında Azərbaycan nefti

Dünya bazarında Azərbaycanın ixrac nefti "Azeri Light" markasının qiyməti yüksəlib.

Bir barel "Azeri Light" nefti əvvəlki ticarət günü ilə müqayisədə 3,29 ABŞ dolları və ya 3,33% bahalaşaraq 101,87 ABŞ dollarına çatıb.

Xatırladaq ki, "Azeri Light" markalı neftin tarixi minimum qiyməti 2020-ci il aprelin 21-də qeydə alınıb və bir barel üçün 15,81 ABŞ dolları təşkil edib. Tarixi maksimum isə 2008-ci ilin iyulunda qeydə alınıb və 149,66 ABŞ dollarına yüksəlib.