ABŞ Federal Ehtiyat Sistemi (FED) son iclasında faiz dərəcələrini dəyişməz saxlayıb. Bununla belə, bazarlar inflyasiya ilə mübarizə məqsədilə ilin sonuna qədər əlavə faiz artımının mümkünlüyünü qiymətləndirirlər.
Monetar.az xəbər verir ki, FED-in sentyabr iclasında faiz dərəcəsini 3,75-4,00 faiz aralığına yüksəltməsi ehtimalı 65,2 faiz göstərilir.
Analitiklər bildirirlər ki, yüksək faiz siyasəti inflyasiyanın azaldılmasına kömək edə bilər, lakin iqtisadi artıma mənfi təsir riski yaradır. ABŞ Prezidenti Donald Tramp isə iqtisadiyyatı dəstəkləmək üçün daha aşağı faiz dərəcələrinin tərəfdarıdır.
Bazar proqnozlarına görə, ilin sonuna qədər faizlərin 4 faizə çatması ehtimalı təxminən 40 faiz təşkil edir. Digər ssenarilər arasında yeni faiz artımı və ya faizlərin hazırkı səviyyədə saxlanılması da nəzərdən keçirilir.
2027-ci il üzrə gözləntilər isə daha qeyri-müəyyən olaraq qalır. İnvestorlar FED-in gələcək qərarlarını əsasən inflyasiya göstəriciləri və iqtisadi aktivliyin dinamikasına əsasən qiymətləndirəcəklər.