Qlobal əmtəə bazarlarında gün ərzində fərqli dinamika müşahidə olunub. Qiymətli metallar və bəzi kənd təsərrüfatı məhsulları bahalaşdığı halda, enerji daşıyıcılarının bir hissəsində eniş qeydə alınıb.
Monetar.az xəbər verir ki, kənd təsərrüfatı məhsulları arasında ən çox bahalaşan düyü olub. Düyünün qiyməti 1,96 faiz, pambığın qiyməti isə 1,34 faiz artıb. Kauçuk 1,66 faiz, kakao isə 1,29 faiz ucuzlaşıb.
Metal bazarında əsas artım platin, mis, gümüş və qızılda müşahidə edilib. Platin 3,89 faiz, mis 2,60 faiz, gümüş 2,18 faiz, qızıl isə 0,94 faiz bahalaşıb. Dəmir filizi, polad armatur və titan qiymətlərində isə azalma qeydə alınıb.
Enerji bazarında Almaniya təbii qazının qiyməti 3,68 faiz, kokslaşan kömür 3,53 faiz, Avropa təbii qazı isə 3,46 faiz ucuzlaşıb.