Toyotanın qlobal satışları son 2 ildə ilk dəfə azalıb

Toyotanın qlobal satışları son 2 ildə

Yaponiyanın Toyota Motor şirkəti 2026-cı ilin ilk yarısında qlobal satış və istehsal göstəricilərində azalma qeydə alıb. Reuters agentliyinin məlumatına görə, bu, son iki ildə ilk yarımillik üzrə ilk geriləmədir.

Şirkət satışların azalmasını əsasən Çin bazarında tələbatın zəifləməsi və populyar RAV4 krossoverinin yeni nəsilə keçidi ilə əlaqələndirib.

2026-cı ilin yanvar–iyun aylarında Toyotanın qlobal satışları ötən ilin eyni dövrü ilə müqayisədə 2,9% azalaraq 5 milyondan bir qədər çox avtomobil təşkil edib.

Eyni dövrdə şirkətin dünya üzrə istehsalı da 1,2% geriləyərək təxminən 4,9 milyon avtomobilə enib.

Buna baxmayaraq, Toyota bəzi əsas bazarlarda, xüsusilə Yaponiya və Şimali Amerikada sabit tələbatın qorunduğunu, lakin Çin bazarında rəqabətin güclənməsi və istehlakçı fəallığının zəifləməsinin ümumi nəticələrə mənfi təsir göstərdiyini bildirib.

MONETAR.AZ