Qırğızıstanın Çolpon-Ata şəhərinin meri Rustam Kadırkulov və Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov "Çolpon-Ata və Şuşa şəhərləri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Memorandum"u mübadilə ediblər.
Bununla yanaşı, Qırğızıstanın Qarakol və Azərbaycanın Qəbələ şəhərləri, eləcə də Oş və Gəncə şəhərləri arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair memorandumlar da imzalanıb.
İmzalanan sənədlər şəhərlər arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, mədəni, iqtisadi, turizm və humanitar sahələrdə əlaqələrin inkişaf etdirilməsi üçün hüquqi əsas yaradır.