28–31 iyul 2026-cı il tarixlərində Gəncə şəhərində, eləcə də Samux, Göygöl və Daşkəsən rayonlarında çalışan dövlət qulluqçuları üçün müxtəlif mövzularda təlimlər təşkil olunub.
Təlimlər “Ünsiyyət bacarıqlarının inkişafı”, “Dövlət qulluğunda vakant inzibati vəzifələrin idarə edilməsi” və “Cəmiyyətə xidmət psixologiyası: dövlət qulluqçusunun daxili motivasiyası” mövzularını əhatə edib.
Tədbirlər zamanı iştirakçılara mövzular üzrə ətraflı məlumat verilib, müzakirələr aparılıb və onların sualları cavablandırılıb.
Təlimlər Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli, 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində həyata keçirilib. Strategiyada nəzərdə tutulan müvafiq tədbirlər üzrə Dövlət İmtahan Mərkəzi əsas icraçı qurum kimi müəyyən edilib.
Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluqçuları üçün bu cür təlimlərin 2026-cı ilin sonunadək ölkənin digər şəhər və rayonlarında da davam etdirilməsi nəzərdə tutulur.