Instagram-da ən çox izlənən məşhurlar – Ronaldo liderdir

Instagram-da ən çox izlənən məşhurlar –

Instagram-da ən çox izlənən şəxslərin reytinqi açıqlanıb. Siyahının ilk pilləsində 679 milyon izləyici ilə futbolçu Kriştiano Ronaldo qərarlaşıb.

Monetar.az xəbər verir ki,  Instagram-da ən çox izlənən 20 şəxsin siyahısında idmançılar, aktyorlar, müğənnilər və media simaları yer alıb.

Ronaldo 679 milyon izləyici ilə reytinqdə böyük fərqlə liderdir. İkinci yerdə 516 milyon izləyici ilə argentinalı futbolçu Lionel Messi qərarlaşıb. Beləliklə, iki futbol ulduzu arasında 163 milyon izləyici fərqi var.

Üçüncü pillədə 403 milyon izləyici ilə amerikalı müğənni və aktrisa Selena Qomez yer alıb.

Dueyn ConsonKayli Cenner isə hərəyə 381 milyon izləyici ilə dördüncü və beşinci yerləri bölüşüblər. Onları 363 milyon izləyici ilə Ariana Qrande, 344 milyon izləyici ilə Kim Kardaşyan izləyir.

Beyons 299 milyon izləyici ilə səkkizinci, Castin Biber isə 286 milyon izləyici ilə onuncu sırada qərarlaşıb.

Reytinqdə 11-ci yerdə Kendall Cenner 277 milyon izləyici ilə yer alıb. Teylor Svift 273 milyon izləyici ilə 12-ci, hindistanlı kriketçi Virat Kohli isə 272 milyon izləyici ilə 13-cü pillədədir.

Beləliklə, Teylor Svift ilə Virat Kohli arasındakı fərq cəmi 1 milyon izləyici təşkil edir.

Braziliyalı futbolçu Neymar 242 milyon izləyici ilə 14-cü yerdə qərarlaşıb. Cennifer Lopez 240 milyon, Mayli Sayrus 205 milyon, Keti Perri 195 milyon, Zendaya 177 milyon, Kevin Hart isə 172 milyon izləyici ilə ilk 20-liyi tamamlayıb.

Reytinqdə ABŞ-dan olan məşhurlar üstünlük təşkil edir. İlk 20-likdə 14 amerikalı yer alıb.

Diqqətçəkən məqam ondan ibarətdir ki, Instagram-da ən çox izlənən şəxslər arasında siyasətçilər və ənənəvi biznes rəhbərləri yoxdur. Siyahıda əsasən idman, musiqi, kino və əyləncə dünyasının məşhurları üstünlük təşkil edir.