Azərbaycanda Məhərrəm ayının və Aşura gününün vaxtı rəsmən müəyyənləşib. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının və səlahiyyətli nümayəndələrinin ölkə müsəlmanlarına müraciətinə əsasən, Məhərrəm ayı iyunun 16-na, Aşura günü isə iyunun 25-nə təsadüf edəcək.
QMİ Qazılar Şurası Məhərrəm və Səfər aylarını əhatə edən 60 günlük təziyə dövrü, xüsusilə Tasua və Aşura günləri üçün bir sıra mühüm xəbərdarlıqlar və tövsiyələr yayımlayıb.