ABŞ Ali Məhkəməsi Federal Ehtiyat Sisteminin (FED) İdarə Heyətinin üzvü Liza Kukun vəzifəsində qalmasına qərar verib.
Beşə qarşı dörd səslə qəbul olunan qərara əsasən, Liza Kuk ABŞ Prezidenti Donald Trampın onu vəzifədən uzaqlaşdırmaq qərarına qarşı hüquqi mübarizəsi davam etdiyi müddətdə səlahiyyətlərini icra edəcək.
Məhkəmə bununla Tramp administrasiyasının Kukun vəzifədən kənarlaşdırılması ilə bağlı qərarının icrasını dayandırıb. İş ABŞ Mərkəzi Bankının Ağ Evdən institusional müstəqilliyi baxımından mühüm hüquqi presedent kimi qiymətləndirilir.
Donald Tramp ötən ilin avqustunda Liza Kuku ipoteka müqavilələri ilə bağlı yanlış məlumat təqdim etməkdə ittiham edərək onu vəzifədən azad etdiyini açıqlamışdı. O, sosial media hesabında paylaşdığı məktubda Federal Ehtiyat Sistemi haqqında qanunun ona verdiyi səlahiyyətlərə istinad edərək Kukun dərhal vəzifədən uzaqlaşdırıldığını bildirmişdi.
Məhkəmənin son qərarı ilə Liza Kukun FED İdarə Heyətində fəaliyyətini davam etdirməsinə hüquqi təminat verilib.
MONETAR.AZ