Azərbaycan neftinin qiyməti büdcə səviyyəsində

Azərbaycan neftinin qiyməti
9 İyun 2025 10:21

Bu həftə dünya bazarlarında Azərbaycanın “Azeri Light” markalı neftinin qiymətində artım qeydə alınıb.

Monetar.az xəbər verir ki, "Azeri Light” markalı xam neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,92 ABŞ dolları və ya 1,33 faiz artaraq 70,16 dollar təşkil edib.

Azərbaycan hökumətinin 2025-ci il üzrə dövlət büdcəsində bir barel neftin qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb. Hazırkı göstəricilər bu proqnoza uyğun dinamikanın davam etdiyini göstərir.

 “Azeri Light” markalı neftin həm Augusta (CIF), həm də Ceyhan (FOB) üzrə orta qiymətlərində artım qeydə alınıb. Augusta limanında bu markalı xam neftin orta qiyməti 2,4 dollar və ya 3,6 faiz artaraq 69,31 dollar/barel olub. Həftə ərzində maksimum qiymət 70,16 dollar, minimum isə 68,47 dollar təşkil edib.

Ümumilikdə ötən  həftə ərzində bütün əsas xam neft markalarında bahalaşma müşahidə olunub. Bu artım qlobal enerji bazarındakı balans, təklif-tələb nisbətləri və makroiqtisadi gözləntilərlə əlaqələndirilir.

Azərbaycanın "Azeri Light" nefti yüksək keyfiyyətinə görə dünya bazarlarında rəqabət üstünlüyünü qorumaqda davam edir.


Oxşar xəbərlər