Azərbaycanda qaymaq və xama istehsalı 2020-ci ildə 5 132 ton olduğu halda, 2025-ci ildə 10 276,9 tona yüksəlib. Bu, 100,3% artım deməkdir.
Monetar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, eyni dövrdə pendir və kəsmik istehsalı 48,5 min tondan 53,2 min tona yüksəlib. Artım 9,7% təşkil edib.
Kərə yağı istehsalı da 23,9 min tondan 26,6 min tona çatıb. Beləliklə, bu məhsul üzrə istehsal 11,3% artıb.
Ümumilikdə, 2020–2025-ci illərdə süd məhsulları qrupunda əsas artım qaymaq və xama istehsalında qeydə alınıb.