Müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərin həcmi artmaqda davam edir. Son iki ildə bu üsulla həyata keçirilən ödənişlərin ümumi payı 12 faiz bəndi yüksəlib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, 2024-cü ildə müntəzəm avtobus marşrutlarında ödənişlərin 77 faizi nağdsız formada həyata keçirilib. 2025-ci ildə bu göstərici 85 faizə, 2026-cı ildə isə 89 faizə çatıb.
Beləliklə, iki il ərzində nağdsız ödənişlərin payı 77 faizdən 89 faizə yüksəlib. Göstəricilərdəki artım ictimai nəqliyyatda nağdsız ödəniş üsullarından istifadənin genişləndiyini nümayiş etdirir.
