Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 % artıb.
Monetar.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd edək ki, yanvar-avqust aylarının yekunlarına görə də Azərbaycanda orta illik inflyasiya 5,7 % səviyyəsində olub. İnflyasiyanın 9 ay ərzində 5,7 % səviyyəsində qalması qiymət artımının davam etdiyini göstərir. Avqustla müqayisədə göstəricinin dəyişməməsi inflyasiya tempinin sabitləşdiyinə işarə etsə də, qiymətlərin yüksək səviyyədə qalması əhalinin alıcılıq qabiliyyətinə və gündəlik xərclərinə təsir göstərməkdə davam edir.