Astara Terminalında 9 ayda dəmir yolu ilə yük daşınması artıb

Astara Terminalında 9 ayda dəmir yolu ilə

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) İran ərazisində yerləşən Astara Terminalında 2026-cı ilin yanvar-sentyabr aylarında 631 min tondan çox yük aşırılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33% artım deməkdir.

Bu barədə ADY-dan AZƏRTAC-a məlumat verilib.

Təkcə 2026-cı ilin sentyabr ayında Astara Terminalında 93 min tondan çox yük aşırılıb. Bu göstərici 2025-ci ilin müvafiq ayı ilə müqayisədə 52% çoxdur.

Beləliklə, ilin ilk doqquz ayında və xüsusilə sentyabrda qeydə alınan artım ADY-nin Astara Terminalında yükdaşımaların həcminin yüksəldiyini göstərir.