Böyük iqtisadi güclərin 2026-cı il üzrə artım proqnozları

Böyük iqtisadi güclərin

2026-cı ildə dünyanın ən böyük 20 iqtisadiyyatı arasında iqtisadi artım göstəriciləri ölkələr üzrə fərqli dinamika nümayiş etdirəcək. Təhlil real ÜDM artımı üzrə Beynəlxalq Valyuta Fondunun məlumatlarına əsaslanır.

Ən yüksək iqtisadi artımın Hindistanda gözlənildiyi bildirilir. Proqnoza görə, Hindistan 6,5 faiz artımla siyahıya liderlik edir. Bu artım güclü daxili bazar və ticarət şəraitinin yaxşılaşması ilə izah olunur.

İkinci yerdə 5 faiz artım proqnozu ilə İndoneziya qərarlaşıb. Çin isə 4,4 faiz artımla üçüncü sıradadır və Asiyanın əsas iqtisadi lokomotivlərindən biri kimi qalır.

Türkiyə 3,4 faiz, Polşa isə 3,3 faiz artım proqnozu ilə orta-yüksək inkişaf tempini qoruyur. Səudiyyə Ərəbistanı üçün 3,1 faiz artım gözlənilir, lakin neft ixracında məhdudiyyətlərin təsiri qeyd olunur.

ABŞ iqtisadiyyatı 2,3 faiz artımla inkişaf etmiş ölkələr arasında ən yüksək göstəricilərdən birini nümayiş etdirir. İspaniya və Avstraliya da müsbət, lakin daha stabil artım trayektoriyası ilə proqnozlaşdırılır.

Braziliya üçün isə 1,9 faiz artım gözlənilir və bu göstərici siyahının aşağı hissəsində yer alır. Ekspertlər bildirirlər ki, qlobal geosiyasi gərginliklər və enerji bazarındakı dəyişikliklər iqtisadi artım tempinə təsir edən əsas faktorlar olaraq qalır.

 MONETAR.AZ