Mis müasir iqtisadiyyatın ən vacib metallardan biridir və elektrik şəbəkələri, tikinti, elektromobillər və bərpa olunan enerji sistemlərində geniş istifadə olunur. Yeni məlumatlara görə, dünya üzrə mis ehtiyatları çox az sayda ölkədə cəmləşib.
Ən böyük mis ehtiyatlarına malik ölkələr
Dünyada ən böyük ehtiyatlara sahib ölkə Çili-dir. Burada təxminən 180 milyon ton mis ehtiyatı mövcuddur ki, bu da qlobal ehtiyatların təxminən 18%-ni təşkil edir.
Növbəti yerlərdə:
- Avstraliya - 100 milyon ton
- Peru - 85 milyon ton
- Konqo Demokratik Respublikası- 80 milyon ton
- Rusiya - 80 milyon ton
Bu beş ölkə birlikdə dünya üzrə mis ehtiyatlarının yarısından çoxuna sahibdir.
Digər ölkələr
- Meksika - 53 milyon ton
- ABŞ - 47 milyon ton
- Çin - 41 milyon ton
- Polşa - 33 milyon ton
- İndoneziya - 21 milyon ton
- Zambiya - 21 milyon ton
- Qazaxıstan - 20 milyon ton
Ümumilikdə dünyada təxminən 980 milyon ton təsdiqlənmiş mis ehtiyatı var. Maraqlıdır ki, insanlıq tarix boyu artıq 700 milyon tondan çox mis hasil edib, yəni hələ də böyük potensial ehtiyatlar qalır.
Misə tələbat xüsusilə elektrikləşmə, süni intellekt infrastrukturunun genişlənməsi, enerji şəbəkələrinin modernizasiyası və bərpa olunan enerji sistemləri səbəbindən sürətlə artır. Bu isə gələcəkdə təchizat və qiymət sabitliyi baxımından ciddi iqtisadi əhəmiyyət daşıyır. Dünya mis ehtiyatları əsasən bir neçə ölkədə cəmləşib və bu, qlobal sənaye və enerji keçidi üçün strateji risk və imkan yaradır. Xüsusilə Çili bu sahədə açıq lider mövqedədir.
MONETAR.AZ