İsveçrədə sənaye istehsalı 2026-cı ilin ikinci rübündə yenidən artım trayektoriyasına qayıdıb. Ölkənin Federal Statistika İdarəsinin açıqladığı məlumata görə, sənaye istehsalının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz artıb.
Açıqlanan statistikaya tikinti sektoru daxil edilməyib və göstəricilər yalnız sənaye fəaliyyətini əhatə edir.
Hesabata əsasən, ikinci rübdə İsveçrə sənayesində satışların həcmi illik müqayisədə 0,3 faiz azalıb. Buna baxmayaraq, istehsal göstəricilərində müşahidə olunan artım sektorun əvvəlki rübdəki zəif nəticələrindən sonra bərpa olunduğunu göstərir.
Cari ilin ilk rübündə İsveçrədə sənaye istehsalı illik ifadədə 7,6 faiz azalmışdı. Həmin dövrdə sənaye satışları da 7,4 faiz geriləmişdi.
İkinci rübdə qeydə alınan 5,5 faizlik artım sənaye sektorunda dönüşün baş verdiyini və istehsalın yenidən yüksəliş mərhələsinə keçdiyini göstərir.
MONETAR.AZ