Ölkədən ixrac olunan yumurta sayında artım qeydə alınıb

Ölkədən  ixrac olunan yumurta sayında

Azərbaycanda yumurta istehsalı 2020–2025-ci illərdə 1,91 milyard ədəddən 2,34 milyard ədədə yüksəlib. Beş il ərzində artım 436,7 milyon ədəd və ya 22,9% təşkil edib.

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin “Azərbaycanın ərzaq balansları, 2026” məcmuəsinə əsasən, yumurta üzrə əhalinin şəxsi istehlak fondu 1,74 milyard ədəddən 2,02 milyard ədədə çatıb. Artım 16,1% olub.

Yumurtanın ixracı da artıb. 2022-ci ildə 11,8 milyon ədəd olan ixrac 2025-ci ildə 90,4 milyon ədədə yüksəlib.

Belədə, yumurta istehsalı ilə yanaşı, daxili istehlak fondu və ixrac da artıb. 2025-ci ilin sonunda ehtiyatlar 45,6 milyon ədəd təşkil edib.