2026-cı ildə ABŞ-nin nominal ümumi daxili məhsulunun (ÜDM) 32,6 trilyon dollara çatacağı proqnozlaşdırılır. Çin 21,5 trilyon dollarla ikinci, Almaniya isə 5,47 trilyon dollarla üçüncü yerdə qərarlaşır.
Monetar.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) 2026-cı ilin oktyabr proqnozlarına əsasən, dünyanın ən böyük 20 iqtisadiyyatı nominal ÜDM göstəricisinə görə sıralanıb. Nominal ÜDM ölkədə istehsal olunan mal və xidmətlərin ümumi dəyərini bazar məzənnələri əsasında ölçür.
2026-cı ildə nominal ÜDM-ə görə dünyanın ən böyük 20 iqtisadiyyatı belə sıralanır:
- ABŞ – 32,64 trilyon dollar
- Çin – 21,55 trilyon dollar
- Almaniya – 5,47 trilyon dollar
- Yaponiya – 4,34 trilyon dollar
- Böyük Britaniya – 4,27 trilyon dollar
- Hindistan – 4,06 trilyon dollar
- Fransa – 3,55 trilyon dollar
- Rusiya – 2,86 trilyon dollar
- İtaliya – 2,70 trilyon dollar
- Braziliya – 2,65 trilyon dollar
- Kanada – 2,49 trilyon dollar
- Cənubi Koreya – 2,25 trilyon dollar
- Meksika – 2,18 trilyon dollar
- Avstraliya – 2,11 trilyon dollar
- İspaniya – 2,09 trilyon dollar
- Türkiyə – 1,82 trilyon dollar
- İndoneziya – 1,48 trilyon dollar
- Niderland – 1,42 trilyon dollar
- Səudiyyə Ərəbistanı – 1,34 trilyon dollar
- İsveçrə – 1,14 trilyon dollar
Siyahıda ABŞ ilə Çin arasında təxminən 11,1 trilyon dollarlıq fərq var. Türkiyə 1,82 trilyon dollarlıq nominal ÜDM ilə 16-cı yerdədir.
Qeyd edək ki, nominal ÜDM ölkələrin iqtisadiyyatlarının həcmini bazar məzənnələri ilə müqayisə edir. Qiymət səviyyələri arasındakı fərqlər nəzərə alındıqda isə ölkələrin reytinqi dəyişir.