2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub

2027-ci ilin dövlət büdcəsi layihəsi

“2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi Azərbaycan Respublikasının Milli Məclisinə daxil olub.

Monetar.az xəbər verir ki, layihəyə əsasən, 2027-ci ildə dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat proqnozlaşdırılır.

Beləliklə, gələn il dövlət büdcəsinin xərclərinin gəlirlərdən 3 milyard 146 milyon manat çox olacağı gözlənilir.

Layihəyə əsasən, dövlət büdcəsinin gəlirlərinin 38 milyard 518 milyon 425 min manatının mərkəzləşdirilmiş gəlirlərin, 735 milyon 575 min manatının isə yerli gəlirlərin payına düşəcəyi nəzərdə tutulur.

Büdcə xərclərinin isə 41 milyard 664 milyon 425 min manatının mərkəzləşdirilmiş xərclər, 735 milyon 575 min manatının yerli xərclər hesabına formalaşacağı proqnozlaşdırılır.