Millətlərarası banklararası məlumat ötürmə sistemi SWIFT-in göstəricilərinə əsasən, 2026-cı ilin sentyabr ayının yekunlarına görə, qlobal hesablaşmalarda ABŞ dollarının payı avqust ayındakı 52,09%-dən 2,46 faiz bəndi azalaraq 49,63%-ə enib. Beləliklə, göstərici 2026-cı ilin fevralından, dolların payının 49,25% olduğu dövrdən bəri ilk dəfə 50%-dən aşağı düşüb. Buna baxmayaraq, dollar beynəlxalq hesablaşmalarda istifadə olunan valyutaların reytinqində birinci yerdə qalıb.
Avqust ayında dolların qlobal hesablaşmalardakı payı ən azı 2024-cü ilin əvvəlindən bəri maksimuma — 52,09%-ə çatmışdı. Həmin dövrdən bəri dolların payı yalnız bir dəfə ay ərzində 2 faiz bəndindən çox azalmışdı. Bu, 2024-cü ilin sentyabrında qeydə alınmış 2,06 faiz bəndlik eniş idi. 2025-ci ilin sentyabrında isə dolların payı 47,79% təşkil etmişdi.
Avrozonadaxili ödənişlər nəzərə alınmadıqda, beynəlxalq hesablaşmalarda dolların payı avqustdakı 59,87%-dən sentyabrda 58,83%-ə düşüb. Bu, 1,04 faiz bəndi azalma deməkdir.
İlk altılıqda yer alan digər valyutalar reytinqdəki mövqelərini qoruyublar. Avro ikinci yerdə qərarlaşıb. Onun qlobal hesablaşmalardakı payı 21,37%-dən 21,69%-ə yüksələrək 0,32 faiz bəndi artıb. Böyük Britaniya funtunun payı 6,37%-dən 6,89%-ə çatıb. 0,52 faiz bəndi artım qeydə alan funt üçüncü yerdə qalıb.
Yapon yeninin payı 3,52%-dən 3,4%-ə enib. Buna baxmayaraq, iyena dördüncü pillədəki mövqeyini saxlayıb. Çin yuanı 3,26%-dən 3,33%-ə yüksələn payı ilə beşinci yerdə qərarlaşıb. Bu, yuanın payının 3,5% olduğu 2025-ci ilin aprelindən bəri qeydə alınan ən yüksək göstəricidir. Kanada dolları isə 2,65%-dən 2,71%-ə yüksələrək altıncı yerdə qalıb. Sinqapur dolları və Tailand batı irəliləyib
SWIFT-in məlumatlarına görə, sentyabr ayında payı ən çox artan valyutalardan biri Sinqapur dolları olub. Onun qlobal hesablaşmalardakı payı 0,4%-dən 1,31%-ə yüksəlib. Nəticədə Sinqapur dolları reytinqdə 13-cü yerdən 9-cu yerə qalxaraq 0,92% paya malik İsveçrə frankını geridə qoyub.
Tailand batının payı da nəzərəçarpacaq dərəcədə artıb. Göstərici 0,28%-dən 0,83%-ə yüksəlib və valyuta reytinqdə 18-ci pillədən 11-ci pilləyə irəliləyib.
MONETAR.AZ