Almaniya və Fransanın 10 illik dövlət istiqrazlarının gəlirliliyi avqustun 18-də müvafiq olaraq 15 və 18 ilə yaxın müddətin ən yüksək səviyyəsinə çatıb.
Monetar.az xəbər verir ki, ticarət məlumatlarına əsasən, Almaniyanın 10 illik istiqrazlarının gəlirliliyi əvvəlki sessiyanın 3,2174 %-lik göstəricisindən 3,2548 %-ə yüksəlib.
Ticarət zamanı göstərici maksimum 3,2629 %-ə çatıb. Bu, 2011-ci ilin mayından bəri ən yüksək səviyyədir.
Fransanın 10 illik dövlət istiqrazlarının gəlirliliyi isə əvvəlki 4,062 %-dən 4,102 %-ə yüksəlib. Gün ərzində maksimum göstərici 4,118% təşkil edib ki, bu da 2008-ci ilin noyabrından bəri ən yüksək səviyyədir.
İstiqraz gəlirliliyinin yüksəlməsi Avropanın əsas borc bazarlarında investorların daha yüksək gəlir tələb etdiyini göstərir.