Məktub dövrü bitir, teleqramlar azalır, poçtda yeni dövr başlayır

Məktub dövrü bitir, teleqramlar azalır,

Poçt xidmətlərinin strukturunda da ciddi dəyişiklik baş verir. Ənənəvi məktublaşma həcmi son illərdə davamlı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə  2021-ci ildə 6,9 milyon məktub göndərildiyi halda, 2025-ci ildə bu rəqəm 5,7 milyon olub. Beləliklə, məktub göndərişlərinin sayı təxminən 17,4 faiz azalıb.

Qəzet və jurnalların poçt vasitəsilə göndərilməsi daha kəskin azalıb. 2021-ci ildə 0,7 milyon nüsxə qəzet və jurnal göndərildiyi halda, 2025-ci ildə bu göstərici 0,4 milyon nüsxəyə düşüb.

Ənənəvi poçt xidmətlərinin azalmasına baxmayaraq, bağlama göndərişlərində fərqli mənzərə yaranıb. 2021-ci ildə poçt vasitəsilə 555,3 min bağlama göndərildiyi halda, 2025-ci ildə bu rəqəm 398,5 min təşkil edib. Bu, beş il ərzində 28,2 faizlik azalma deməkdir.

Lakin bağlama göndərişləri üzrə dinamika sabit olmayıb. 2022-ci ildə göstərici 419,4 minə, 2023-cü ildə 484,6 minə yüksəlib, 2024-cü ildə 362,9 minə düşüb və 2025-ci ildə yenidən 398,5 minə çatıb.

Poçt vasitəsilə pul baratları və pensiya ödənişlərinin sayı isə daha sürətlə azalıb. 2021-ci ildə 1,8 milyon belə ödəniş həyata keçirildiyi halda, 2025-ci ildə bu göstərici 0,5 milyona düşüb. 5 il ərzində azalma təxminən 72 faiz təşkil edib.

Teleqram xidmətləri də faktiki olaraq əvvəlki əhəmiyyətini itirib. 2021–2024-cü illərdə 200 min səviyyəsində olan teleqramların sayı 2025-ci ildə 100 minə enib.

MONETAR.AZ