ABŞ Prezidenti Donald Tramp İranla bu gün başa çatan 60 günlük çərçivə razılaşmasının müddətini uzatmaq istəmədiklərini bildirib.
Monetar.az xəbər verir ki, Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransından sonra İranla bağlı sualları cavablandırarkən Tehranla yekun razılaşmaya nail olunmasının mümkünlüyü barədə də danışıb.
ABŞ lideri İranın razılaşma əldə etmək istədiyini, lakin Vaşinqtonun zəruri hesab etdiyi şərtləri qəbul edəcəyinə inanmadığını deyib.
Tramp İranın nüvə proqramı ilə bağlı ABŞ-ın tələblərinin hələ tam qəbul edilmədiyini vurğulayıb. O, Tehranın heç bir halda nüvə silahına sahib ola bilməyəcəyini bildirib.
Tramp Hörmüz boğazı ilə bağlı Oman məsələsinə də toxunub. O, Omanla bağlı səbrinin tükənmədiyini, lakin bu ölkənin ABŞ üçün müəyyən problemlər yaratdığını bildirib.
ABŞ Prezidenti Hörmüz boğazının ABŞ-ın nəzarətində olması fikrini dəstəklədiyini deyib. Onun sözlərinə görə, boğaz açıqdır və neft qiymətləri aşağı düşür.
Tramp həmçinin İran limanlarına tətbiq edilən dəniz blokadasının yaxşı nəticə verdiyini iddia edib.