İran BƏƏ-yə məxsus neft tankerini Hörmüz boğazında saxlayıb

İran BƏƏ-yə məxsus neft tankerini

İranın Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxsus neft tankerini Hörmüz boğazından keçərkən saxladığı bildirilir.

Monetar.az xəbər verir ki, dənizçilik naviqasiya məlumatlarına əsasən, BƏƏ-də yerləşən şirkətlərdən birinə məxsus neft tankeri Hörmüz boğazından keçdiyi zaman dayandırılıb.

Məlumata görə, tanker İran tərəfindən saxlanılıb. İranın müəyyən etdiyi qaydalara əsasən, Hörmüz boğazından təhlükəsiz keçmək istəyən tankerlər müəyyən edilmiş marşrutdan istifadə etməli, xidmət haqqını ödəməli və İran hakimiyyətindən icazə almalıdır.

BƏƏ-yə məxsus neft tankerinin Kiş adası yaxınlığında saxlanıldığı qeyd olunur.

Hadisənin Hörmüz boğazında gərginliyin artdığı bir vaxtda baş verməsi diqqət çəkir.