Yanvar-iyun aylarında turizm məqsədilə xarici ölkələrə səfər edən birgünlük ziyarətçilərin xərcləri açıqlanıb.
Monetar.az hesabat dövründə xaricə səfər edən turistlərin ümumi xərcləri 3 milyard 491,8 milyon manat təşkil edib. Xərclərin əsas hissəsi malların, hədiyyələrin alınmasına yönəlib. Bu istiqamətdə ziyarətçilər 1 milyard 269,8 milyon manat vəsait sərf ediblər.
Nəqliyyat xərcləri üzrə göstərici 1 milyard 994,8 milyon manat olub. Qida və qidalanmaya isə 215,6 milyon manat xərclənib.
Turistlərin idman və əyləncə xidmətlərinə ayırdığı vəsait 10,7 milyon manat, digər xərclər isə 0,9 milyon manat təşkil edib.
Məlumata görə, mədəniyyət, nəqliyyat vasitələrinin icarəsi və bəzi digər xidmət istiqamətləri üzrə isə ayrıca xərc qeydə alınmayıb.