Çin banklarında problemli kreditlərin payı cüzi artıb

Çin banklarında problemli kreditlərin

Çində kommersiya banklarının problemli kreditlərinin həcmi ilin ikinci rübündə cüzi artsa da, bank sektoru kapital dayanıqlığını və mənfəətliliyini qoruyub saxlayıb.

Çinin Dövlət Maliyyə Nəzarəti İdarəsinin açıqladığı məlumata görə, 2026-cı ilin ikinci rübünün sonunda kommersiya banklarında problemli (vaxtı keçmiş) kreditlərin payı əvvəlki rüblə müqayisədə 0,01 faiz bəndi artaraq 1,52%-ə yüksəlib.

Eyni dövrdə bank sektorunda problemli kreditlərin ümumi həcmi 3,7 trilyon yuan təşkil edib.

Tənzimləyicinin məlumatına əsasən, ikinci rübün sonunda kommersiya banklarının kapitalın adekvatlıq əmsalı 15,26% olub ki, bu da sektorun mümkün riskləri qarşılamaq üçün kifayət qədər kapital ehtiyatına malik olduğunu göstərir.

Maliyyə nəticələri də müsbət dinamikanı əks etdirib. Belə ki, 2026-cı ilin ilk altı ayında Çin kommersiya banklarının xalis mənfəəti 1,2 trilyon yuana çatıb.

Açıqlanan göstəricilər onu göstərir ki, problemli kreditlərin payında cüzi artıma baxmayaraq, Çin bank sektoru yüksək kapital ehtiyatı və güclü mənfəətlilik hesabına maliyyə sabitliyini qorumaqda davam edir.

MONETAR.AZ