Kredit kartlarının sayında kəskin azalma – Vətəndaşların kreditləşməyə çıxışı çətinləşir. Azərbaycan Mərkəzi Bankının ödəniş sistemləri ilə bağlı yaydığı son göstəricilər ölkədə kredit kartı bazarında ciddi daralmanı üzə çıxarıb. Belə ki, dövriyyədə olan debet kartlarının sayı ötən ilin müvafiq dövrünə nəzərən 11% artdığı halda, kredit kartlarının sayı eyni nisbətdə – 11 % azalıb.
Nağdsız ödənişlərin sürətlə artdığı 2026-cı ildə kredit kartlarının bu dərəcədə kəskin azalması iki mənfi ssenaridən xəbər verir: ya banklar riskləri sığortalamaq üçün vətəndaşlara kredit xətlərinin və kartların açılmasını sərtləşdiriblər (anderraytinq şərtlərini çətinləşdiriblər), ya da əhalinin yüksək faizli kredit kartı borcları səbəbindən bu alətə marağı kəskin şəkildə düşüb.
Kredit kartı bazarındakı bu geriləmə rəsmi qurumların "maliyyə inklüzivliyi" (maliyyəyə əlçatanlıq) hədəfləri ilə ziddiyyət təşkil edir.
MONETAR.AZ