Mərkəzi Bankın notlarına tələbat artıb

Mərkəzi Bankın notlarına

Qiymətli kağızlar bazarının əksər seqmentlərində geriləmə müşahidə olunsa da, Azərbaycan Mərkəzi Bankının notları üzrə əməliyyatlarda artım qeydə alınıb.

Mərkəzi Bankın notları üzrə dövriyyə illik müqayisədə 15,5 faiz artaraq 1 milyard 154 milyon manata yüksəlib.

Ekspertlərin fikrincə, bu dinamika investorların qısamüddətli, yüksək likvidliyə və nisbətən aşağı riskə malik maliyyə alətlərinə marağının artdığını göstərir. Bazar iştirakçıları qeyri-müəyyənlik şəraitində vəsaitlərini daha təhlükəsiz hesab edilən alətlərdə yerləşdirməyə üstünlük verirlər ki, bu da Mərkəzi Bank notlarına tələbatın yüksəlməsində öz əksini tapır.

MONETAR.AZ