Ukraynada dolların məzənnəsi tarixi maksimuma yüksəlib

Ukraynada dolların məzənnəsi

Ukraynada ABŞ dollarının rəsmi məzənnəsi yeni tarixi maksimuma çatıb.

Məlumata görə, Ukrayna Milli Bankı iyunun 9-u üçün dolların rəsmi məzənnəsini 44,51 qrivna səviyyəsində müəyyən edib. Bu göstərici ölkədə indiyədək qeydə alınmış ən yüksək rəsmi məzənnə hesab olunur.

Bildirilir ki, əvvəlki rekord iyunun 5-də qeydə alınmış və bir ABŞ dolları 44,38 qrivna təşkil etmişdi. Son qərarla dolların məzənnəsi daha 15 qəpik artıb.

Eyni zamanda, avronun rəsmi məzənnəsi 51,35 qrivna müəyyənləşdirilib. Bununla da Ukrayna milli valyutası avroya nisbətdə müəyyən qədər möhkəmlənib.

Bir sıra Ukrayna banklarında və valyutadəyişmə məntəqələrində isə dolların satış məzənnəsinin ilk dəfə olaraq 45 qrivna həddini keçdiyi bildirilir.

Mütəxəssislər məzənnədəki dəyişiklikləri valyuta bazarındakı tələb və təklif nisbəti, eləcə də ölkənin ümumi iqtisadi vəziyyəti ilə əlaqələndirirlər.

MONETAR.AZ