10 il əvvəl nə yeyirdik, indi nə yeyirik?

10 il əvvəl nə yeyirdik,
12 İyun 2025 15:55

MONETAR.AZ

Son 10 ildə Azərbaycanda ev təsərrüfatlarında adambaşına qida məhsullarının istehlakında mühüm struktur dəyişiklikləri baş verib. Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumatlar əsasında aparılan təhlil bəzi məhsullara marağın artdığını, bəzilərinə isə tələbatın azaldığını göstərir.

Çörək və çörək məmulatlarının adambaşına istehlakı 2015-ci ildə 138,4 kiloqram olduğu halda, 2024-cü ildə bu rəqəm 131,5 kiloqrama enib. 

Kartof istehlakı artaraq ildə 71,8 kiloqramdan 77,8 kiloqrama yüksəlib. 

Tərəvəz və bostan bitkiləri üzrə istehlak da artıb – 2015-ci ildə 106,5 kiloqram olan bu göstərici, 2024-cü ildə 113,4 kiloqrama çatıb.

Ət və ət məhsulları üzrə də artım var: 33,9 kiloqramdan 36,1 kiloqrama qədər yüksəlib. Eyni zamanda, balıq və balıq məhsullarının istehlakı da 7,3 kiloqramdan 7,8 kiloqrama qalxıb.

Süd və süd məhsullarının istehlakında isə əhəmiyyətli azalma müşahidə olunur. 2015-ci ildə adambaşına 272,1 kiloqram olan süd məhsulları 2024-cü ildə 244,9 kiloqrama düşüb.

Yumurta istehlakı 158 ədəddən 163 ədədə qalxaraq artım nümayiş etdirib.

Meyvə və giləmeyvə istehlakı 78 kiloqramdan 84,5 kiloqrama yüksəlib, bu da əhalinin meyvəyə marağının artdığını göstərir.

Qənd və qənnadı məmulatlarının istehlakı 30,2 kiloqramdan 31,2 kiloqrama, bitki yağı və marqarin istehlakı isə 10,4 kiloqramdan 10,9 kiloqrama yüksəlib.


Oxşar xəbərlər